Laportadan Messi açıqlaması
- 30 May 2021 14:21
- 688
“Barselona”nın prezidenti Xuan Laporta komandanın kapitanı Lionel Messi ilə bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, Laporta Messi ilə danışıqlar apardıqlarını bildirib:
“Messinin müqaviləsini yeniləmək üçün danışıqlarımız davam edir. Hələ rəsmi heç nə yoxdur. Lakin Messi “Barselona”nı sevir və burda qalmaq istəyir”.
Messinin “Barselona” ilə müqaviləsinin müddəti iyunun sonuna qədərdir.