Laportadan növbəti Messi açıqlaması
- 07 İyl 2021 14:45
- 556
"Barselona"nın prezidenti Joan Laporta hücumçu Lionel Messi ilə yeni müqavilə ilə bağlı vəziyyətdən danışıb.
Rekord.az İspaniya mətbuatna istinadən xəbər verir ki, o, bununla bağlı qısa olaraq deyib: "Messinin müqaviləsi ilə bağlı hər şey yaxşı gedir".
Qeyd edək ki, argentinalı hücumçunun Kataloniya təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatıb. 34 yaşlı oyunçu hazırda azad agentdir.