Laqeydlik QEYD
- 03 Noy 2023 17:00
- 380
"İmişli" uzun fasilədən sonra yenidən doğma məkanı olan Heydər Əliyev adına stadiona geri döndü. Klub rəhbərliyi bacardığı qədər maksimum əziyyət çəkmişdi ki, stadionda olan çatışmazlıqları aradan qaldırıb komandanı yenidən doğma arenaya qaytarsın. Rəhbərlik bunu bacardı. Məşqçilər korpusu və futbolçular da üzərlərinə düşəni edib "Zaqatala"nı 4:0 hesabı ilə məğlub etdi. Lakin...
Lakin bütün bunların fonunda təəssüflə qeyd etməliyik ki, imişlililər bu oyuna, xeyli vaxtdır doğma rayondan aralı düşən komandalarına laqeydlik nümayiş etdirdilər. Hər kəs gözləyirdi ki, bu oyuna tribunaların böyük hissəsi dolu olacaq. Ancaq PFL-in açıqladığı rəsmi rəqəmdə cəmi 800 azarkeş göstərilib. Elə çəkilən fotolardan da stadionun böyük hissəsinin boş olduğu görünür. Nəzərə alaq ki, stadionun tutumu 8 min nəfərə yaxındır. Hər halda, İmişli azarkeşləri "İmişli"ni layiq olan şəkildə qarşılamadı. Ümid edək ki, bu ilk və son olacaq və komandanın növbəti ev oyunlarında tribunalar dolu olacaq.
Anar XANLAROV