"Latsio" - "Bavariya" oyunu keçirilməyə bilər
- 20 Fev 2021 16:00
- 660
Çempionlar Liqasının 1/8 final mərhələsinin "Latsio" - "Bavariya" ilk oyununun keçirilməsi sual altındadır.
Rekord.az "Sportschau.de"yə istinadən xəbər verir ki, Münhen təmsilçisinin üzvləri koronavirusa yoluxma halları səbəbindən karantina gedə bilər.
Bu yaxınlarda komandanın müdafiəçisi Benjamin Pavara COVID-19 diaqnozu qoyulub və o, virusa yoluxan dördüncü futbolçu olub.
Bildirilib ki, Münhen səhiyyə şöbəsi mümkün tədbirlərin tətbiqi barədə hələ qərar verməyib. Karantinə alınmış oyunçuların digərləri ilə təmasda olub olmadığına dair araşdırmalar davam edir.
Qeyd edək ki, "Latsio" - " Bavariya" matçı fevralın 23-də keçirilməlidir.