"Latsio" İnzaqi ilə razılığa gələ bilmir
- 23 Dek 2020 13:21
- 552
İtaliyanın “Latsio” klubu baş məşqçisi Simone İnzaqi ilə razılığa gələ bilmir.
Rekord.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, 44 yaşlı çalışdırıcı mövsümün sonunda Roma təmsilçisindən ayrıla bilər.
Klub prezidenti Klaudio Lotito baş məşqçi ilə görüşərək ona yeni müqavilə ilə bağlı təklif edib. Lakin çalışdırıcı maliyyə şərtləri ilə razılaşmayıb. Tərəflərin danışıq üçün yenidən bir araya gələcəyi bildirilib.
Qeyd edək ki, Simone İnzaqinin “Latsio” ilə müqavilə müddəti mövsümün sonuna qədərdir.