![photo](https://www.rekord.az/storage/uploads/5/185232-6sked1lz98.jpg)
“Latsio”dan Səudiyyə Ərəbistanı klubuna 40 milyonluq transfer
- 13 İyl 2023 10:15
- 315
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu daha bir ulduz futbolçu transfer edib.
Rekord.az xəbər verir ki, sözügedən klub "Latsio"nun serb yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi transfer edib.
28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Bu transfer üçün "Əl-Hilal" İtaliya təmsilçisinə 40 milyon avro təzminat ödəyib. Serbiyalı oyunçu yeni klubunda ilinə 20 milyon avro qazanacaq.
Saviç 2015-ci ildən "Latsio"da oynayırdı. “Əl-Hilal” daha öncə Ruben Navas və Kalidu Kulibali kimi oyunçuları da transfer etmişdi.