Serbiya millisinin yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviç DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyun öncəsi fikirlərini bildirib.

Rekord.az xəbər verir ki, “Latsio”lu millimizlə matçda 3 xal qazanmalı olduqlarını deyib:

"Lüksemburqla oyunda problemlər yaşadıq. Amma zəif oynasanda qalib gəlmək vacibdir.

Azərbaycanla qarşılaşma irəlidədir və indi bütün düşüncələrimiz bu oyunla bağlıdır. Azərbaycanla matçda üç xal qazanmaq vacibdir.

Portuqaliya ilə əsas oyundan əvvəl intriqanı davam etdirmək üçün sabah qalib gəlmək lazımdır. Bu oyun Portuqaliya ilə sözdə qrup finalı üçün maneə olmamalıdır".

Sabah keçiriləcək Serbiya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.