![photo](https://www.rekord.az/storage/uploads/5/acerbi-1.jpg)
“Latsio”nun futbolçusu rəsmən “İnter”də
- 08 İyl 2023 13:45
- 258
“İnter” ötən mövsüm “Latsio”dan icarəyə götürdüyü İtaliya yığmasının müdafiəçisi Françesko Açerbinin transfer hüquqlarını da alıb.
Rekord.az xəbər verir ki, bu barədə Milan klubunun rəsmi saytı məlumat yayıb.
35 yaşlı futbolçu ötən mövsümü icarə əsasında məhz “İnter”də keçirib, bu komandada 49 oyuna 1 qol vurub. Sözügedən klub bu yay “Latsio”ya 3,5 milyon avro ödəməklə onu birdəfəlik transfer edib.
Açerbi “Latsio”dan başqa “Paviya”, “Renate”, “Recina”, “Cenoa”, “Kyevo”, “Milan” və “Sassuolo” kimi komandalarda da oynayıb. O, İtaliya millisində də 31 oyuna 1 qol vurub.
“İnter” gənc hücumçusu Samuele Mulattyerini də “Sassuolo”ya satıb. Klub bu satışdan 6 milyon avro qazanıb. 22 yaşlı forvardın yeni klubu ilə neçə illik müqavilə bağladığı açıqlanmır.