"Latsio"nun tarixinə düşdü
- 14 May 2021 11:30
- 772
“Latsio”nun futbolçusu Çiro İmmobile klubun tarixinə düşüb.
Rekord.az xəbər verir ki, A seriyasının 36-cı turunda “Parma” ilə görüşdə (1:0) rəqib qapısına yol tapan hücumçu Roma təmsilçisinin heyətində 150-ci qolunu vurub.
Bununla da italyan forvard “Latsio”nun ən yaxşı bombardiri olub. “Parma” ilə oyunda qələbə qolunu vuran futbolçu Silivio Piolinin (149 qol) rekordunu qırıb. Bombardirlər siyahısında 3-cü yerin sahibi isə 127 qolla Cüzeppe Sinoridir.
Qeyd edək ki, 2016-cı ildən “Latsio”da çıxış edən İmmobile bu mövsüm A seriyasında 33 oyuna 20 qol vurub.