Futbol üzrə Latviya çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Riqa” mövsümün başa çatmasına iki tur qalmış qızıl medalları təmin edib.

Buna liderin əsas izləyicisi RFS-in səfərdə “Liepaya”ya 0:1 hesablı məğlubiyyəti də şərait yaradıb. 25 oyuna 69 xal toplayan “Riqa” son iki turda uduzsa belə, mövsümü lider kimi başa vuracaq. Çünki ikinci pillədə qərarlaşan RFS-in hazırda 60 xalı var.

Qeyd edək ki, bu, “Riqa”nın həm bütövlükdə, həm də ardıcıl üçüncü çempionluğudur. 2014-cü ildə yaradılmış bu klub 2018 və 2019-cu illər mövsümünün də qalibi olub.