"Legiya"nın baş məşqçisi Mahirə nəyi irad tutdu?
- 09 Avq 2021 16:45
- 629
"Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Mahir Emrelinin fiziki durumundan narahatdır.
Rekord.az xəbər verir ki, o, Xorvatiyanın paytaxtı Zaqrebdə "Dinamo" ilə 1:1 hesablı heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra bu barədə fikirlərini bildirib.
Səfərdə keçirilən matçın analiz edən mütəxəssis bəzi futbolçularla yanaşı, millimizin hücumçusuna da irad tutub.
Mixneviç Mahirə ikili mübarizələrdən və sərt oyundan çəkinməməyi tapşırıb.
"Dinamo" ilə görüşə start heyətdə başlayan Mahir Emreli 75-ci dəqiqədə yerini Tomaş Pekqarta verib.