"Legiya"nın baş məşqçisi Pjemislav Maleçki Avstriyada təlim-məşq toplanışı çərçivəsində "Qarabağ"a 2:0 hesabı ilə qalib gəldikləri yoxlama matçını şərh edib.

Rekord.az Polşa təmsilçisinin saytına istinadən xəbər verir ki, o bunları deyib:  

"Rəqibin yüksək təzyiqi altında komandamızın necə oynadığı ilə bağlı əlavə məlumat topladıq. “Qarabağ” da, biz də yüksək təzyiqdə oynadıq. Etibarlı müdafiə olunaraq onlara yaxşı təzyiq göstərə bildik. "Qarabağ" da bizi sıxdı. Bu şəraitdə biz təzyiq altında işləməyi təkmilləşdirdik".