Polşanın “Legiya” klubunun mərkəz müdafiəçisi Mateus Veteska Avropa Liqasının pley-off mərhələs çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Rekord.az xəbər verir ki, 23 yaşlı futbolçu bunları söyləyib:

“Qarabağ”la oyunun bizim üçün nə qədər vacib olduğunu bilirik. Matça yaxşı hazırlaşmışıq. Rəqibi təhlil etdik və bizi nələrin gözlədiyini bilirik. Hazırlaşmaq üçün bir həftəmiz var idi. Məşqdən-məşqə daha yaxşı görünürük. Azərbaycan çempionu ilə oyuna nikbin baxıram. Hər bir məşqçi öz modelini komandasına uyğunlaşdırmaq istəyir. Yeni həll yollarını tətbiq etmək üçün vaxtımız oldu, onları növbəti matçda göstərmək istəyirik”.

Qeyd edək ki, bu gün Varşavada keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə 22:00-da start veriləcək.