"Çelsi"nin sabiq baş məşqçisi Frenk Lempard yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis “Kristal Pelas”la danışıq aparır.

London təmsilçisi çalışdırıcısı Roy Hocsonla mövsümün sonunda yollarını ayırmaq fikrindədir.  

Qeyd edək ki, "Kristal Pelas" Premyer Liqada 35 turdan sonra 41 xalla 13-cü sıradadır.