“Lənkəran” daha iki basketbolçunun transferini rəsmiləşdirib
- 19 Sen 2024 19:20
- 141
"Lənkəran" klubu iki basketbolçunun transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, cənub təmsilçisi Mirməcid İsmayılov və Zumrat Ankbazovla anlaşıb.
195 sm boya malik İsmayılov ampluaca hücumçudur. 19 yaşlı basketbolçu "Gəncə" və "Sərhədçi" klublarının formasını geyinib.
Eyni boya malik, müdafiəçi mövqeyində çıxış edən Ankbazov isə Azərbaycanın U-20 komandasının üzvüdür. O, son olaraq “Şəki”nin uğurları üçün çalışıb.
Qeyd edək ki, “Lənkəran” bundan əvvəl yerli basketbolçulardan Rəşid Abbasov və Varid Ağasızadəni heyətinə qatıb.