Xəbər verdiyimiz kimi, bu yaxınlarda Bakı şəhərində yunan-Roma güləşi idman növü üzrə ölkə çempionatı keçirilib.

Rekord.az-a Lənkıəran Gənclər və İdman İdarəsindən daxil olan məlumata görə, bu yarışda Lənkəran idmançıları uğurla çıxış edib.

Belə ki, gənclər arasnda ölkə birinciliyində Məhəmməd Şükürzadə 60 kq çəkidə I yeri qazanaraq çempion olub. U-17 yeniyetmələr arasında ölkə birinciliyində Əliyev Elmin 80 kq çəki dərəcəsində II-yeri, İmaməli Kərim isə 45 kq çəki dərəcəsində III- yeri qazanıblar.

Güləşçilərin məşqçi-müəllimi Alı Ağayevdi.