Son günlər Lənkəran stadionu ilə bağlı xoş olmayan məlumatlar bir-birini əvəz edir. Yayılan son məlumata görə isə "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimov stadionu iranlı bir iş adamına satır.

Rekord.az-ın Lənkərandakı mənbələrdən əldə etdiyi məlumata görə, hazırda stadionun satışı ilə bağlı real hansısa məsələ yoxdur.

Amma fakt odur ki, arena fəaliyyətini dayandırıb. Rəsmi olaraq, nə direktru var, nə də işçiləri. Bir neçə il qabağa kimi fəaliyyət göstərən iki azyaşlı futbol qrupu da fəaliyyətini dayandırıb, uşaqlar dağılıb. Bir sözlə, bir vaxtların məşhur stadionu hazırda faktiki olaraq fəaliyyətini dayandırıb.