
Lənkəran stadionundan nə xəbər?
- 19 Fev 2025 13:00
- 1292
Bir müddət bundan öncə Lənkəran Şəhər Stadionunun təmirə bağlanacağına dair məlumatlar yayıldı.
Rekord.az xəbər verir ki, stadionun təmirdən sonra qapılarını yenidən azarkeşlərin üzünə açacağı gözlənilirdi.
Lakin sonradan bu məsələdən səs-soraq çıxmadı. Əldə etdiyimiz son məlumata görə, bu günə qədər də Lənkəran stadionunda heç bir təmir işi aparılmayıb. Əksinə, arena bir qədər də dağılıb. Bu gedişlə yaxın zamanlarda hansısa təmir işlərinin aparılacağı da gözlənilmir.