Lənkəran stadionunun təmir üçün nəzərdə tutulan "smeta"sı Mübariz Mənsimova göndərildi
- 15 Fev 2024 15:00
- 1210
Lənkəran stadionunun təmirinə aprel ayından başlanıla bilər.
Rekord.az-a daxil olan məlumata görə, klubda çalışan bəzi şəxslər, eləcə də "Palmali"nin əməkdaşları stadionda olublar, arenanın fotolarını çəkiblər və daha sonra Bakıda ilkin smeta tutularaq İstanbula, Mübariz Mənsimova göndərilib.
İstanbulda stadionun təmiri ilə bağlı müəyyən müzakirələr gedəcək və son olaraq Mənsimov təmir üçün lazım olan məbləğin ayırılması ilə bağlı qərar verəcək. Hər şey qaydasında getsə,yuxarlda qeyd etdiyimiz kimi, aprel ayından təmirə başlanıla bilər.