Azərbaycan Basketbol Liqasının 16-cı turunda "Sumqayıt" "Lənkəran"a qalib gəlib.


Rekord.az xəbər verir ki, B qrupunun oyunu Lənkəran Olimpiya İdman Kompleksində keçirilib.


Qarşılaşma qonaq komandanın 88:83 hesablı qələbəsi ilə başa çatıb.


Günün son matçı A qrupunda “Abeşron”la NTD arasında baş tutacaq. Abşeron Olimpiya Kompleksində keçiriləcək görüş saat 19:00-da başlayacaq.


Turun daha əvvəl keçirilən görüşlərində "Neftçi" "Naxçıvan"ı 114:70, "Sabah" isə "Sərhədçi"ni 89:73 hesabı ilə məğlub edib.