Lənkəranda badminton üzrə master klass
- 31 Mar 2023 14:43
- 426
Lənkəran Olimpiya İdman Kompleksində məşqçi-müəllim Zəkəriyyə Kərimov tərəfindən badminton idman növü üzrə master klass keçirilib.
Rekord.az xəbər verir ki, master klass zamanı iştirakçılara badminton idman növünün xüsusiyyətləri, məşq qaydaları və bu idman növü üzrə uğur qazanmağın sirləri haqqında məlumat verilib, müxtəlif hərəkətlər əyani nümayiş etdirilib.
İştirakçılar arasında eyni zamanda yoldaşlıq yarışı da təşkil edilib.