Lənkəranda boks üzrə master-klass
- 30 İyn 2023 15:15
- 355
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran rayonunun müxtəlif ərazilərində boks idman növü üzrə master-klass keçirilib.
Rekord.az xəbər verir ki, nümayiş etdirilən master-klass 105 nəfər iştirakçıların marağına səbəb olub.
Master-klassın keçirilməsində əsas məqsəd uşaq, yeniyetmə və gənclər arasında aktiv həyat tərzinin təbliği, idmanın kütləviliyinin artırılması və asudə vaxtlarının səmərəli təşkilidir.