Lənkəranda "Fiziki Aktiv Ol, İdmana Başla " adlı açıq əyləncəli idman tədbiri
- 22 Fev 2023 12:00
- 474
Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Şəhər Heydər Əliyev adına xatirə parkında Gənclər Mərkəzinin qarşısında "Fiziki Aktiv Ol, İdmana Başla " adlı açıq əyləncəli idman tədbiri keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə bir-birindən maraqlı müxtəlif idman növləri üzrə (şahmat, dama, atletika, gimnastika, boks, ağır atletika, voleybol, futbol, tenis idman növləri) yarışlar, əyləncəli idman oyunları nümayiş etdirilib.
Şəhər mərkəzində quraşdırılan səhnədə musiqi altında nümunəvi çıxışlar göstərilib. Tədbirə 180 nəfərdən çox qoşulan yeniyetmə, gənclər və rayon sakinləri əyləncəli idman oyunlarında iştirak etmiş və rayon sakinlərin marağına səbəb olub. Kütləvi açıq idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.