Gimnastika idman növünü təbliğ etmək, idmana maraq oyatmaq, sağlam həyat tərzinə çağırış etmək məqsədi ilə 03 iyun 2023-cü il tarixdə Lənkəran şəhərində Heydər Əliyev xatirə parkının ərazisində, Gənclər Mərkəzinin qarşısında İdman Hamı Üçün” layihəsi çərçivəsində “Gimnastika hamı üçün” açıq idman tədbiri təşkil olunub.

Rekord.az xəbər verir ki, tədbirdə Azərbaycan Gimnastika Federasiyasının əməkdaşı Mərziyyə Mustafazadənin rəhbərliyi ilə gimnastika üzrə nümunəvi çıxışlar göstərilmiş, müxtəlif gimnastik hərəkətlər təqdim olunub.

40 nəfər uşağın iştirak etdiyi açıq idman tədbiri rayon sakinləri tərəfindən də maraqla izlənilib.