Lənkəranda hakimlər üçün seminar keçirilib
- 12 Sen 2024 13:40
- 178
AFFA-nın təşkilatçılığı ilə Lənkəranda Cənub zonasının hakimləri üçün seminar keçirilib.
Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, seminara AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev, köməkçi fitnes məşqçisi Rüstəm Rüstəmli və Hakimlər Komitəsinin üzvü Anar Salmanov rəhbərlik ediblər.
Seminarda iştirak edən 19 hakimdən fiziki və nəzəri testlər götürülüb.