Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş 🏊‍♀️Üzgüçülük idman növü üzrə həvəskarlar arasında Lənkəran açıq rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışa regiondan 30 nəfər qatılıb.

İdarə rəisi Teymur Babazadə qalibləri təbrik etmiş və gələcək yarışlarda uğurlar arzulayıb. I, II və III yerləri tutan qaliblər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq diplom və medallarla təltif olunub.