![photo](https://www.rekord.az/storage/uploads/4/lenkeran-21.jpg)
Lənkəranda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş futzal turnirinin final oyunu keçirilib
- 17 İyl 2023 12:14
- 501
Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Rayon Prokrorluğunun dəstəyi, “Xan Lənkəran” Futbol klubunun baş sponsorluğu, ADİİXİ Həmkərlar İttifaqı Lənkəran Şəhər Komitəsinin tərəfdaşlığı və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş idarə, müəssisə və təşkilatların komandalar arasında futzal turnirinin final oyunları və təltifetmə mərasimi keçirildi.
Rekord.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildi. Rəsmi açılışda çıxış edən Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə Azərbaycan dövlətinin qurucusu Ümummilli lider Heydər Əliyevin dövlətimiz və xalqımız üçün gördüyü işlərdən, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış və komandaları təbrik etmişdir. Təşkilatı dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova və
Lənkəran rayon Prokroru Taryel Ələkbərova Ümummilli Lider Heydər Əliyevin stolüstü büstü hədiyyə olaraq təqdim etmişdir.
Turnirin məqsədi “Heydər Əliyev İli”ni qeyd etmək, iş yerləri üçün fiziki aktivliyi təşviq etmək, futzal idman növünü təbliğ və idmanın kütləviliyini təmin etmək, fiziki sağlamlığı qorumağa və inkişaf etdirməyə təşviq etmək, asudə vaxtını səmərəli keçirməsinə şərait yaratmaq məqsədi ilə təşkil olunmuşdur. Turnir 05 iyun tarixindən başlayaraq 10 komanda gərgin mübarizə şəraitində keçən turnirin sonunda 1-ci yerə FHN-in Cənub Regional Mərkəzinin komandası, 2-ci yerə 6 saylı Ərazi Vergilər İdarəsinin komandası, 3-cü yerə Lənkəran rayon Prokurorluğunun komandası tutmuşdur. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən yeri tutan komandaya diplom və kubokla oyunçular xüsusi hazırlanmış medallarla ,2 və 3-cü yeri əldə etmiş komandalara diplom və oyunçular xüsusi hazırlanmış medallarla təltif edilmişdir.
Turnirdə 144 nəfər oyunçu iştirak etmişdir. Oyunlar İsmayıl Rəhimovun hakimliyi ilə keçirilmişdir.