Lənkəranda idman həftəsinə start verildi
- 28 Fev 2023 13:17
- 383
27 fevral - 5 mart 2023-cü il tarixlərdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşəbbüsü ilə 5 mart “Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə "İdman Həftəsi" çərçivəsində rayon ümumtəhsil müəssisələrində idman tədbirlərinə start verilib.
Rekord.az xəbər verir ki, Hirkan və Balıqçılar qəsəbə tam orta məktəblərində, Ürgə, Zövlə və Tuado kənd tam orta məktəblərində şagirdlərin iştirakı ilə gimnastika və atletika idman növləri üzrə tədbirlər keçirilmişdir.
Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd 5 mart “Bədən Tərbiyəsi və İdman Günü”nü qeyd etmək, yeniyetmə və gənclər arasında idmana maraq oyatmaq, onların fiziki aktivliyini artırmaq və sağlam həyat tərzini təbliğ etmək olmuşdur.
Keçirilən idman tədbirlərində ümumilikdə 500-dən çox məktəbli şagird iştirak etmişdir.