"Lənkəran" klubu 2 basketbolçusu ilə yolları ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə cənub təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Komanda amerikalı basketbolçuları Andre Ball və Maykl Rocerslə vidalaşıb.
Hər iki oyunçunun müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.