Lənkəranda maraqlı idman tədbiri
- 17 İyl 2023 11:44
- 316
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonlarında parklarda, dəniz kənarında və zallarda "İdman hamı üçün" layihəsi çərçivəsində boks, atletika, futbol voleybol, ağır atletika, stolüstü tennis, dama, şahmat, basketbol, taekvondo, sərbəst və Yunan-Roma güləşi idman növləri üzrə əyləncəli idman oyunları keçirilib.
Rekord.az xəbər verir ki, 450 nəfər Lənkəran sakini əyləncəli idman oyunlarında iştirak etmişlər. Tədbir sakinlərin böyük marağına səbəb olmuşdur.
Kütləvi idman tədbirinin təşkilində məqsəd kütlə arasında idmanın təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.