30 mart 2023-cü il tarixdə Lənkəran şəhər 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə rayonun ümumtəhsil məktəblərində hərbi rəhbər vəzifəsində çalışan müəllimlərin iştirakı ilə seminar keçirilib.

Rekord.az xəbər verir ki, tədbirdə çıxış edən Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, onların həm mənəvi-psxoloji, həm də fiziki cəhətdən, çağırışaqədərki hərbi hazırlıq səviyyəsinin yoxlanılmasında “Şahin” hərbi-idman oyununun keçirilməsinin əhəmiyyətindən danışmış, iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləyib.

Daha sonra Lənkəran rayon Təhsil sektorunun nümayəndəsi Kamran Məmmədov və gənclər və idman idarəsinin əməkdaşı Sadiq Həmidov hərbi-idman oyununun keçirilməsində qarşıda duran vəzifələr barədə, tədbirin mərhələləri, tədbirin əsasnaməsində edilən bir sıra yeniliklər barədə iştirakçıları məlumatlandırmış, onları maraqlandıran sualları cavablandırıb.

Seminarda hərbi-idman oyununun keçirilməsinə aid bir sıra məsələlər müzakirə edilib, irəli sürülən təkliflərlə bağlı müvafiq tövsiyyələr verilib. Tədbirdə 70 nəfər iştirak edib.