
Lənkəranda UEFA-nın dəstəyi ilə turnir keçiriləcək
- 19:15
- 46
AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə martın 16-da Lənkəranda 12 yaşadək qızlar arasında “Bahar turniri” keçiriləcək.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Lənkəran Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə Lənkəranın 8 komandası mübarizə aparacaq.
Qrup və final oyunları eyni gündə baş tutacaq. İştirakçılar AFFA tərəfindən idman geyimi, top və gödəkçələrlə təmin olunacaq. Tədbirin sonunda qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.
Qeyd edək ki, “Bahar turniri” yarışının davamlı olaraq keçirilməsi planlaşdırılır. Layihənin əsas məqsədi orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-13 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.