Lənkəranda "Ümumdünya Sağlamlıq Günü" münasibətilə tədbir
- 08 Apr 2023 12:44
- 386
Lənkəran Şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi ilə birgə təşkilatçılığı ilə Lənkəran rayon Separadi kənd tam orta məktəbində "Sağlam həyat üçün zərərli vərdişlərə yox deyək, idmanla sağlam qalaq" mövzusunda maarifləndirici tədbir keçirildi.
Rekord.az xəbər verir ki, tədbirdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nümayəndəsi Yusif Xamiyev, Lənkəran ŞRPŞ-nin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İltifat Yusifov, polis mayoru Fazil Bağırov, polis baş leytenantı Təhir Gənciyev, məktəbin direktoru Elşən Məmmədov, məktəbin 60 şagirdi və bir qrup müəllim heyəti iştirak etdilər.
Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə çıxış edən natiqlər "7 aprel - Ümumdünya Sağlamlıq Günü"dən, yeniyetmə və gənclər arasında idmana marağın artırılmasından, sağlam həyat tərzindən, düzgün qidalanmadan, zərərli vərdişlərdən, tütün məmulatlarının, alkoqolun insan sağlamlığımıza mənfi təsiri, dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən, eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən və erkən nikahın fəsadlarından danışıblar. Qeyd edilib ki, narkotik vasitələrdən istifadə edən hər bir şəxs uğurlu gələcəyindən imtina etməklə, cəmiyyətdə həmişə geridə qalır və aludəçiliyin, zərərli təsirlərin fəsadlarından qurtula bilmir.
Dövlət başçısı İlham Əliyev hər zaman bildirir ki, ölkə əhalisinin sağlamlığı prioritet məsələlərdəndir. Gənclərin idman məşqlərinə və kütləvi idman tədbirlərdə iştirak etməyə dəvət edildi.