"İdman həftəsi" çərçivəsində Lənkəran şəhər 8 nömrəli tam orta məktəbdə voleybol üzrə master-klass keçirilib.

Rekord.az xəbər verir ki, Gənclər və İdman İdarəsinin nəzdindki Uşaq-Gənclər İdman Məktəbinin baş məşqçisi Nazim Qulamov və məşqçi-müəllim Elnur Hacıyev tərəfindən keçirilən master klass şagirdlərin böyük marağına səbəb olub.

Lənkəranda "İdman həftəsi" layihəsi davam edir.