“Lənkrəan” “Quba”ya qalib gəldi
- 18:00
- 33
Azərbaycan Basketbol Liqasında 13-cü tura yekun vurulub.
Rekord.az xəbər verir ki, turun son matçı B qrupunda baş tutub.
"Quba"nın "Lənkəran"la üz-üzə gəldiyi oyunda cənub təmsilçisi 87:84 hesablı qələbəyə sevinib.
Turun əvvəlki oyunlarında "Naxçıvan" "Sərhədçi"ni 80:76, "Abşeron" "Sabah"ı 67:59, NTD "Neftçi"ni 105:100, "Sumqayıt" "Şəki"ni 98:93, "Ordu" "Gəncə"ni 93:90 hesabı ilə məğlub edib.