Lənkəran şəhərində keçirilmiş "Şahin" hərbi-idman oyunu üzrə zona birinciliyinin qalibi Lerik rayonunu təmsil edən Valeh İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanın "Şahin"ləri olub.

Rekord.az xəbər verir ki, Salyan, Cəlilabad, Masallı, Yardımlı və Astara rayonlarının da mübarizə apardığı zona birinciliyinin qalibi Lerik rayon komandası olub.

Final mərhələsində Cənub zonasını Lerik komandası təmsil edəcək.