"Lerik" II Liqaya buraxılanda rəsmi açıqlama olmuşdu ki, 1 il ərzində rayonun stadionu da təmir olunacaq.

Lakin Rekord.az xəbər verir ki, aradan xeyli vaxt keçsə də, stadionun təmirindən əsər-əlamət yoxdur.

Son olaraq, arenanın 2025-ci ildə təmirə bağlanacağı açıqlanmışdı.  AGİN-nin büdcəsi hesabına. Çünki ötən il nazir Fərid Qayıbov da sözügedən stadionda olmuşdu. Lakin aldığımız son məlumata görə, bu məsələ təxirə salınıb. Yəni Lerik stadionunun təmiri məsələsi nazirliyin 2025-ci il üçün planlarından çıxarılıb.