Lerik stadionundan nə xəbər?
- 27 Noy 2023 15:00
- 735
Məlum olduğu kimi, Lerik stadionu lazımı tələblərə cavab vermədiyi üçün II Liqada mübarizə aparan "Lerik" komandası ev oyunlarını Lənkəranda keçirir.
Rekord.az xəbər verir ki, stadionda təmir işləri aparılmalı, arena normal vəziyyətə gətirilməli idi.
Hətta gənclər və idman naziri Fərid Qayıbov da Cənub bölgəsinəs səfəri zamanı Lerik stadionunda olmuşdu. Bəs hazırda vəziyyət necədi, hansı işlər görülüb? Yenilikləri öyrənmək üçün "Lerik"in prezidenti Famil Məmmdovla əlaqə saxladıq. Təəssüf ki, Famil bəy stadionla bağlı məsələdə hər hansı yenilik olmadığını bildirdi.