"Lerik" bu mövsüm II Liqaya buraxılsa da ev oyunlarını Lənkəranda keçirməli oldu.

Rekord.az xəbər verir ki, razılaşmaya görə, Lerik stadionu qışa qədər təmir olunmalı idi.

Lakin 2024-cü ilin fevral ayını yarılasaq da, Lerik stadionundan heç bir xəbər yoxdur. Yəni rayonun komandası mövsümün sonuna kimi Lənkəranda oynamağa davam edəcək.