![photo](https://www.rekord.az/storage/uploads/4/lerik-7.jpg)
Lerikdə Heydər Əliyevin anadan olamasının 100 illiyinə həsr olunmuş futzal turniri keçirilib
- 31 İyl 2023 12:15
- 277
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı və Azərbaycan Dövlət İdarələri və İctimai xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik rayon Komitəsinin dəstəyi ilə Lerik şəhərində Ümummilli lider Heydər Əliyevin anadan olamasının 100 illiyinə həsr olunmuş Lerik rayonunda fəaliyyət göstərən dövlət idarələri, müəssisə və təşkilat komandaları arasında futzal turniri keçirilmişdir.
Rekord.az xəbər verir ki, yarışda Yeni Azərbaycan Partiyasının Lerik rayon Təşkilatı, Lerik rayon İcra Hakimiyyəti, Lerik rayon Mədəniyyət Mərkəzi, Lerik rayon Polis Şöbəsi, Lerik rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Lerik rayon Uşaq Gənclər İdman və Şahmat Məktəbi, 3 nömrəli Sukanal İdarəsinin Lerik Sukanal Sahəsi və Lerik şəhər İnzibati Ərazi Dairəsinın komandaları iştirak etmişlər.
Olimpiya sistemi üzrə keçirilən yarışın qalibi Yeni Azərbaycan Partiyası Lerik rayon Təşkilatının komandası olmuşdur. Qalibə kubok təqdim olunmuşdur.