Lerik Rayon gənclər və idman idarəsi , Lerik rayon Uşaq Gənclər İdman və Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Piran kəndindəki "Relax-Lerik" İdman klubunun ağır atletika zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş yeniyetmələr arasında ağır atletika üzrə Lerik rayon açıq birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, müxtəlif yaş qrupu və çəki dərəcələrində 45 atlet qüvvəsini sınayıb. Maraqlı mübarizə şəraitində keçən yarışda qaliblər Sinkleyr cədvəli ilə müəyyən edilib.

2008-2009-cu il təvəllüdlü atletlər arasında İsa Əliyev toplam 196 (86+110) kq nəticə və 265.331 xalla qızıl, Dəniz Bağırov toplam 151 kq (65+85) nəticə və 239.41 xalla gümüş, İsmayıl Həsənzadə isə toplam 131 kq (55+76) nəticə və 190.873 xalla bürünc medal qazanıb.

2010-cu il təvəllüdlü atletlər arasında Feyzulla Rüstəmov toplam 96 (40+56) kq nəticə və 189.31 xalla qızıl, Murad Abdullayev toplam 68 kq (27+41) nəticə və 147.63 xalla gümüş, Sadiq Əsədov isə toplam 58 kq (23+35) nəticə və 144.39 xalla bürünc medal qazanıb.

2011-ci il təvəllüdlü atletlər arasında Nihad Əliyev toplam 99 (45+54) kq nəticə və 164.86 xalla qızıl, Hüseynəli Nuriyev toplam 54 kq (22+32) nəticə və145.17 xalla gümüş, Fəqan Mirzəzadə isə toplam 46 kq (19+27) nəticə və 144.21 xalla bürünc medal qazanıb.

2012-ci il təvəllüdlü atletlər arasında Məhəmməd Rüstəmli toplam 59 (24+35) kq nəticə və 177.28 xalla qızıl, Roman Hüseynzadə toplam 58 kq (25+33) nəticə və146.33 xalla gümüş, Mənsur Ağayev isə toplam 38 kq (17+21) nəticə və 141.50 xalla bürünc medal qazanıb.

2013-2014-cü il təvəllüdlü atletlər arasında Vüsal Cabbarov toplam 53 (24+29) kq nəticə və 150.92 xalla qızıl, Yusif Abdullayev toplam 40 kq (15+25) nəticə və107.93 xalla gümüş, Sadiq Quluzadə isə toplam 25 kq (10+15) nəticə və 76.43 xalla bürünc medal qazanıb.

Qaliblərə Lerik Rayon Gənclər və İdman İdarəsi nin müvafiq dərəcəli diplomları və medaalları təqdim olunmuşdur.