İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Fransanın “Sent-Etyen” klubunun müdafiəçisi Uesli Fofananı heyətinə qatıb.

Bu barədə Fransa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Sent-Etyen” 19 yaşlı müdafiəçinin transferi üçün “Lester Siti” ilə razılaşdıqlarını bildirib.

İngiltərə mətbuatının xəbərinə görə, “Lester Siti” Fofana üçün Liqa 1 klubuna 35 milyon avro ödəyəcək. Bu, “Sent-Etyen” tarixinin ən qazanclı satışıdır.

Fofana “Sent-Etyen”lə 30 oyunda iştirak edib.