![photo](https://www.rekord.az/storage/uploads/5/ayoze-perez-780x470.jpg)
“Lester Siti”ni La Liqa klubuna dəyişdi
- 07 İyl 2023 19:00
- 327
İspaniya “Betis”i İngiltərənin “Lester Siti” klubunun hücumçusu Ayoze Perezi transfer edib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı ilə 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. O, La Liqa təmsilçisinə azad agent kimi qoşulub.
Perez 2019-cu ildən “Lester”də forma geyinir. O, 2022/23 mövsümünü icarə əsasında “Betis”də keçirib. Ayoze bu komandada 19 oyuna çıxıb, üç qol vurub və iki məhsuldar ötürmə edib.