“Bavariya” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Çelsi”ni məğlub edib - 4:1.

Rekord.az xəbər verir ki, sözügedən qarşılaşmada bir qol vuran “Bavariya”lı Robert Levandovski turnirin bombardirləri siyahısında 4-cü yerə yüksəlib. Bu barədə ÇL-in mətbuat xidməti məlumat yayıb.

Levandovski Çempionlar Liqasında vurduğu qollarının sayını 66-ya çatdıraraq, “Real”ın hücumçusu Kərim Benzemanı (65) geridə qoyub və 4-cü sıraya qalxıb.

Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu “Yuventus”un hücumçusu Kriştiano Ronaldodur. Portuqaliyalı futbolçunun aktivində 130 qol var. İkinci sırada “Barselona”lı Lionel Messi (115), üçüncü isə “Real”ın sabiq futbolçusu Raul Qonsalesdir (71).