Levandovski əməliyyat olunacaq
- 21 Dek 2019 12:42
- 952
“Bavariya”nın hücumçusu Robert Levandovski əməliyyat olunacaq.
Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
31 yaşlı futbolçunun qasıq nahiyəsindəki problemlərdən əziyyət çəkdiyi bildirilir. Bu üzdən də Polşa yığmasının forvardı dekabrın 21-də Bundesliqanın 17-ci turu çərçivəsində keçiriləcək “Volfsburq”la ev oyunundan sonra əməliyyat olunacağı diqqətə çatdırılıb.
Levandovski bu əməliyyatdan sonra təxminən iki həftə məcburi istirahət edəcək. Onun gələn ilin əvvəlində, Bundesliqanın ikinci dövrəsinə qədər sıraya dönməsi ehtimal olunur.
Qeyd edək ki, polşalı hücumçu karyerasının ən məhsuldar mövsümlərindən birini keçirir. O, bu mövsüm bütün turnirlər daxil olmaqla meydana çıxdığı 24 oyunda 30 qola imza atıb.