Futbol üzrə UEFA Çempionlar Liqasında 2019/20-ci il mövsümünün bombardiri müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu, final matçında PSJ-ni 1:0 hesabı ilə məğlub edən “Bavariya”nın hücumçusu Robert Levandovskidir.

Cari mövsümdə turnirdə keçirdiyi 11 oyunda 15 qol vuran polşalı hücumçu, həm də 6 məhsuldar ötürmə  ilə yadda qalıb. 

Çempionlar Liqasında ümumilikdə 68 qol vuran Levandovski, turnirin tarixində ən çox qol vuran futbolçuların siyahısında 4-cü pillədə qərarlaşan Kərim Benzemanı da (“Real”) geridə qoyub.