“Bavariya”nın Almaniya Bundesliqasının 32-ci turunda “Verder”ə 1:0 hesabı ilə qalib gəldiyi oyun futbolçusu Robert Levandovski üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, oyunda yeganə qolun müəllifi olan polşalı hücumçu, cari mövsümdə Bundesliqada vurduğu qolların sayını 31-ə çatdırıb.

Bununla da, o, çempionatda ən çox qol vuran legioner futbolçu rekorduna şərik olub.

Daha əvvəl 2016-2017-ci illərdə Bundesliqada 31 qol vurulmuşdu. Hazırda “Arsenal”da çıxış edən Pyer-Emerik Obameyanq “Borussiya”nın (Dortmund) heyətində bu nəticəyə nail olmuşdu.