“Bayern” klubu Almaniya Bundesliqasında yeni mövsümün ilk turunda Mönhenqladbax “Borussiya”sı ilə heç-heçə edib.

Rekord.az xəbər verir ki, 1:1 hesabıyla bitən matçda Münhen təmsilçisinin yeganə qolunu vuran Robert Levandovski yeni rekorda imza atıb.

Belə ki, polşalı hücumçu Bundesliqada ardıcıl 7-ci mövsümdə ilk turda fərqlənməyi bacarıb. Bu, turnir üçün rekord göstəricidir.