2020-ci il dünyanın ən yaxşısı futbolçusu seçilən Robert Levandovskini "Xəzər Lənkəran"la bağlayan maraqlı faktdan xəbəriniz var?

Rekord.az xəbər verir ki, polşalı futbolçu avrokuboklardakı ilk qolunu məhz Lənkəran təmsilçisi ilə oyunda vurub.

 

Sözügedən qarşılaşma 2009-cu ildə baş verib. Belə ki,  həmin vaxt UEFA Kuboku çərçivəsində  "Xəzər Lənkəran"la Polşa "Lex"i arasında  Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk  matçın 75-ci dəqiqəsində fərlənən polşalı hücumçu komandasına qələbə qazandırmışdı. Levandovski həmin qolu Dmitri Kramarenkoya vurmuşdu.