Levandovskinin evi daşqınlar nəticəsində zərər görüb
- 05 Noy 2024 13:40
- 71
İspaniyanın "Barselona" klubunun hücumçusu Robert Levandovskinin evi ölkədəki güclü daşqınlar nəticəsində zərər görüb.
Rekord.az xarici KİV-ə istinadən xəbər verir ki, Kasteldelfesdə (Kataloniya) yaşayan polşalı futbolçu yollardakı su səbəbindən məşqə getməkdə çətinlik çəkib.
36 yaşlı ön xətt oyunçusunun həyat yoldaşı sosial şəbəkələrdə evlərinin qarajının su altında qaldığını bildirib.
Son məlumatlara görə, İspaniyada daşqınlar nəticəsində 200-dən çox insan həlak olub, minlərlə ev dağılıb.